"Sabah" - "Qarabağ" matçının vaxtı müəyyənləşdi

Topaz Premyer Liqasının VI turunda keçiriləcək "Sabah" - "Qarabağ" matçının vaxtı bəlli olub. 

SportLine.az xəbər verir ki, sentyabrın 29-da "Əlincə Arena”da keçiriləcək qarşılaşma saat 20:50-də start götürəcək.

Qeyd edək ki, "Sabah" və "Qarabağ" turnir cədvəlində 10 xalla 2-3-cü yerləri bölüşdürürlər.