"Sabah" "Traktorsazi" ilə qarşılaşacaq

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sabah” futbol klubunun hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib bəlli olub. 

Klubun mətbuat xidmətindən SportLine.az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqasının debütantı iyulun 21-də Türkiyənin "Osmanlıspor”, 25-də isə İranın "Traktorsazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Sabah” Boludakı ilk yoxlama oyununda "Giresunspor”la qarşılaşıb (1:1). Komanda təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor”a qarşı keçirəcək.