Sabiq "Qarabağ"lı Albaniya klubunda

Qazaxıstanın "Aktobe" klubu ilə vidalaşan Muarem Muaremin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək. O, "Flamurtari" klubu ilə razılığa gəlib.

Müqavilənin şərtlərinə görə, M.Muarem ilyarım ərzində "Flamurtari"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"da çıxış edən Muarem bu ilin yayında “Aktobe”yə keçmişdi.