Sabiq "Qarabağ"lı Hollandiya klubuna keçdi

"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenterosun yeni iş yeri müəyyənləşib. 

SportLine.az xəbər verir ki, isveçli hücumçu karyerasını Hollandiyada davam etdirəcək. O, “Utrext” klubuna icarəyə verilib. 27 yaşlı futbolçu mövsümün sonunadək Erediviziyada çıxış edəcək.

Qeyd edək ki, S.Armenteros müqavilə ilə İtaliyanın "Benevento" klubuna məxsusdur. O, 2015-2016-cı illərdə "Qarabağ"ın şərəfini qoruyub.