Sabiq "Qəbələ"li Argentina klubu ilə razılığa gəldi

"Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyranın yeni iş yeri müəyyənləşib. 

SportLine.az xəbər verir ki, argentinalı futbolçu karyerasını vətənində davam etdirəcək. O, "Ximnasiya" klubu ilə razılığa gəlib. 

Müqaviləyə əsasən, futbolçu növbəti ilyarım ərzində Argentina klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, F.Pereyra 2015/16 mövsümündə "Qəbələ"də keçirdiyi 20 oyunda 5 dəfə rəqib qapıçıları məyus edib.