"Qəbələ"nin sabiq üzvü "Korintians"a qol vurdu

"Qəbələ"nin sabiq futbolçusu Endi Hallidey "Reyncers"inə qayıtdıqdan sonra ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ABŞ-da keçirilən "Florida Cup" turnirində Braziliya "Korintians"ının qapısına yol tapıb. 

Qeyd edək ki, cari mövsümün əvvəllində "Qəbələ"yə 1 illik icarəyə verilən Hallidey qış fasiləsində komandanı tərk edib.