Salah üçün fantastik təklif - 200 milyon avro

"Liverpul"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən Mohamed Salaha bir neçə klub elçi düşüb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, Premyer Liqa ilə yanaşı, La Liqadan bir neçə klub Misir millisinin hücumçusunu heyətində görmək istəyir.

"Don Balon"un xəbərinə görə isə, "Mançester Yunayted" cari mövsümün sonunda fantastik təklifə hazırlaşır. "Qırmızı şeytanlar" M.Salahın keçidi üçün "Liverpul"a 200 milyon avro ödəmək fikrindədir. Mançester təmsilçisi məsələnin həllini Dünya çempionatına qədər həll etmək niyyətindədir.

Qeyd edək ki, M.Salah uğrunda mübarizədə "Mançester Yunayted"in əsas rəqibi Madrid "Real"ı hesab olunur. Məlumata əsasən, "kral klubu"nun prezidenti Florentino Perez də 25 yaşlı forvard üçün külli miqdarda vəsait xərcləməyə hazırdır.