Sami Hedira: Bakıya gəzməyə gəlməmişəm

Almaniya millisinin üzvü Sami Hedira DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə düşünürsən? 

- Bizim üçün vacib matçdır. Maksimum gücümüzü ortaya qoymalıyıq. Bundan öncəki matçda 2:0 hesabı ilə qalib gəlmişdik. Bu matçda da diqqətli olmalıyıq. Çalışacağıq ki, Bakıdan üç xalla ayrılaq.

- Avropa çempionatının seçmə mərhələsinə yaxşı başlamamışdınız. Amma dünya çempionatının seçmələsinə yaxşı starte verdiniz.  Seçmə mərhələlər arasında hansı fərqlər var?

- 2014-cü ildəki dünya çempionatından sonra növbəti çempionata yaxşı köklənə bilmədik. Buna səbəb bir neçə futbolçumuzun karyerasını başa vurması və zədəli olması idi. Son Avropa çempionatında da titul qazana bilmədik. Ona görə də növbəti turnirdə yaxşı çıxış etməliyik. Bu mərhələdə yaxşı oyun göstərməyimiz vacibdir.

- Son dövrlər zədələrdən əziyyət çəkirdin. İndi formadasan. Milli komandada rolunu necə görürsən?

- İndiyə qədər karyeramda yaxşı vaxtlarım olub. İndi də yaxşı formadayam. Hesab edirəm ki, komandada lazımı yerim var. Və üzərimə müəyyən rol düşür. Özümü millinin vacib oyunçusu hesab edirəm.

- Bakı ilə bağlı təssüratlarınız necədir? 2009-cü ildə burda olmuşdunuz həmin vaxtdan bu yana nə dəyişib? 

- Mən Bakını gəzə bilmədim. Komanda yoldaşlarım gəzdi. Mən gəzməyə yox, oyuna gəlmişəm. Matça hazırlaşmalıyam.

qol.az