Samir Əliyev "Səbail"dən ayrıldı

"Səbail" PFK-nın rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib. 

SportLine.az  xəbər verir ki, görüşdə “Səbail”in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb. 

Qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail" PFK-nın baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. 

"Səbail" PFK Samir Əliyevə klubun baş məşqçisi kimi fəaliyyətinə görə təşəkkür edir. Ona gələcək karyerasında uğurlar arzulayır.