Samir Məsimov AZAL-da

“Neftçi”nin sabiq futbolçusu Samir Məsimov yenidən Topaz Premyer Liqasında çıxış edəcək.

SportLine.az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi AZAL-a keçib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Qol.az-a açıqlamasında xəbəri təsdiq edib.

Onun sözlərinə görə, bir qədər əvvəl klubun bazasına gələn Mənsimov sabah tibbi baxışdan keçəcək və onunla müqavilə imzalanacaq. Futbolçunun 6 ay+1 il müddətli müqaviləyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Samir Məsimov son  olaraq Sloveniyanın  “Domjale” klubunda çıxış edib.