Sançez "Arsenal"la vidalaşır

"Arsenal"ın futbolçusu Aleksis Sançezin yaxın günlərdə komanda ilə vidalaşacağı gözlənilir. 

SportLine.az "Guardian"a istinadən xəbər verir ki, çilili hücumçunun "Mançester Yunayted"lə razılığa gəldiyi bildirilir. "Qırmızı şeytanlar"ın "topçular"la da danışığa başladığı və 25 milyon funt-sterlinq ödəməyə hazır olduğu deyilir.

Qeyd edək ki, "Mançester Siti" də A.Sançezin xidmətində maraqlı idi.