Sançez "Mançester Yunayted"lə müqavilə imzalamağa hazırlaşır

Aleksis Sançez "Mançester Yunayted"lə razılıq əldə edib. SportLine.az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Xəbər görə, çilili futbolçu həftəlik 400 min funt-sterlinq maaşa "hə" deyib. Bundan əlavə, A.Sançez meydanda olduğu hər oyun və qazanılan hər qələbəy görə də mükafat alacaq. 

Futbolçunun yaxın günlərdə "qırmızı şeytanlar"la münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. 

Qeyd edək ki, A.Sançez 2014-cü ildən "Arsenal"ın şərəfini qoruyur.