Sançezin əvəzinə Obameyanq

"Arsenal" Aleksis Sançezə əvəzləyici tapıb. SportLine.az "Gianluca Di Marzio"ya istinadən xəbər verir ki, "topçular" Pyer-Emerik Obameyanqı transfer etmək niyyətindədir.

London klubu yanvar ayında komandadan ayrılacağı gözlənilən A.Sançezin gedişindən sonra hücum xəttində yaranacaq boşluğu "Borussiya"nın futbolçusu ilə doldurmaq niyyətindədir. Çilili hücumçunun gedişindən sonra "Arsenal"ın Dortmund təmsilçisi ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, A.Sançezin "Liverpul"a keçəcəyi gözlənilir.