"Səbail" aşağı liqa təmsilçisi ilə bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Türkiyənin I Liqa təmsilçisi “İstanbulspor”la qarşılaşıb. Matç İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Səbail” bundan əvvəl keçirdiyi oyunlarda "Gənclərbirliyi”nə 0:3, "Sivasspor"a 1:2 hesabı ilə məğlub olub. Qətərin "Əl-Şəhaniyə” komandası ilə matç isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.