"Səbail" “Gənclərbirliyi”nə uduzdu

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirən "Səbail" klubu bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Azərbaycan millisinin üzvü Dəniz Yılmazın da çıxış etdiyi "Gənclərbirliyi" kollektivi olub.

Qarşılaşma Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

“Səbail”  Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Qeyd edək ki, "Gənclərbirliyi" ötən mövsüm Super Liqanı tərk edib.