"Səbail" və "Ağsu" Premyer Liqaya vəsiqə qazandı

I Divizionda 2016/2017-ci il mövsümünə yekun vurulub. SportLine.az xəbər verir ki, son turda gümüş və bürünc mükafatların sahibləri müəyyənləşib. 

"Səbail" səfərdə "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək 57 xalla 2-ci pillədəki yerini qoruyub. "Ağsu" isə "Şəmkir"lə qolsuz heç-heçə edərək xalını 53-ə çatdırıb və 3-cü pilləyə yüksəlib. 
 
Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I divizionda ilk 3 yeri tutub. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququ əldə ediblər.