Seçmə komandamız dünya kubokunun finalında

Yunan-Roma güləşi üzrə seçmə komandamız İranın Abadan şəhərində keçirilən Dünya Kubokunun finalına yüksəlib. Sportline.az xəbər verir ki, güləşçilərimiz B qrupundakı son görüşdə Ukrayna kollektivini də məğlub edib - 5:3. Taleh Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) rəqiblərinə qalib gəlib. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və Oyan Nəzəriani (130 kq) isə məğlub olub. Xatırladaq ki, komandamız ilk görüşlərdə Türkiyə və Belarusu da eyni hesabla üstələyib. Saat 18-30-da başlanacaq final qarşılaşmasındakı rəqibimiz Rusiya seçməsidir.