Seçmə komandamız Gürcüstanda 5 qızıl və 4 gümüş medal qazandı

Azərbaycan yığması Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirin qalibi olub.

SportLine.az xəbər verir ki, yığma 5 qızıl və 4 gümüş medalla rəqiblərini qabaqlayıb. Komandanın heyətində Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.

Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

Qeyd edək ki, yarışda ev sahibləri ilə yanaşı, Rusiya və Ermənistan yığmaları da mübarizə aparıblar. Milli bu gün vətənə qayıdacaq.

Azərbaycan Boks Federasiyasının məlumatı