Seçmə komandanın heyəti açıqlandı

Oktyabrın 28-də Yunanıstanda şahmat üzrə komandalararası Avropa çempionatı başlanır. Sportline.az xəbər verir ki, yarışa qatılacaq  seçmə komandalarımızın heyəti açıqlanıb. Kişilərdən ibarət komanda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarətdir.

Qadınlardan ibarət seçmənin heyətində isə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva mübarizə aparacaq.