Seçməmiz Gürcüstana yollandı

Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb. Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, hazırda 2 ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.

İki gün öncə start götürən toplanışa Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi güclü cüdoçuları aparılıb.

Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.