Seçməmiz ikinci görüşündə də uduzdu

Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan seçməsi növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, bu dəfə də rəqib meydan sahibləri olub.

Qarşılaşma Bolqarıstan voleybolçularının qələbəsi ilə yekunlaşıb - 3:1 (25:15, 23:25, 25:14, 29:27)

Qeyd edək ki, millimiz ilk dueldə set üzünə həsrət qalmışdı.