Seçməmiz meydan sahibinə uduzdu

Kiprdə keçirilən 16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda II turun oyunları keçirilib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan yığması meydan sahibləri ilə qarşılaşıb.

İlk turda Uelsə qalib gələn (75:51) komandamız bu dəfə meydanı məğlub tərk edib. Yığmamız dramatik keçən görüşdə qələbəni son hissədə əldən verib – 62:63 (16:17, 26:10, 13:21, 7:15). Samit Nuruzadənin rəhbərlik etdiyi komandada yenə Səadəttin Donat hamıdan çox – 13 xal toplayıb.

Qeyd edək ki, növbəti matçını bu gün keçirəcək millimiz San-Marino ilə üz-üzə gələcək.