Səlahət Ağayev 150-ci oyununa çıxdı

Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasında yubiley oyununu keçirib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, II turun “Qəbələ” ilə qarşılaşması (2:1) qolkiperin ölkə çempionatlarında 150-ci matçı olub.

Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ağayev 150 matçda 145 qol buraxıb. 4 klubun formasını geyinən Səlahət “İnter”də (indiki “Keşlə”) 90, “Sumqayıt”da 39, “Neftçi”də 13, MOİK-də 8 matç keçirib.

mövsüm

klub

oyun

qol

2010/11

MOİK

8

-8

2011/12

İnter

3

 0

2012/13

Sumqayıt

23

-32

2013/14

İnter

25

-25

2014/15

İnter

27

-15

2015/16

Sumqayıt

16

-18

2015/16

İnter

13

-9

2016/17

İnter

22

-26

2017/18

Neftçi

11

-11

2018/19

Neftçi

2

-1

9 mövsüm

4 klub

150

-145