Sərbəst güləşçilərimizin Dünya çempionatında qazancı - 1 medal

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunan güləş üzrə dünya çempionatında sərbəst növdə yarışan idmançılarımız mübarizəyə yekun vurublar. SportLine.az xəbər verir ki, güləşçilərimizin çıxışı, gözlənilənin əksinə, uğursuz alınıb.

Sərbəst növdə yarışlara 10 idmançı ilə qatılan Azərbaycan komandası cəmi 1 medal qazanıb. Cəbrayıl Həsənov gümüş medal əldə edib.

Qeyd edək ki, digər təmsilçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.