Sərbəst güləşçilərin Kislavodskdakı toplanışı davam edir

Güləş komandalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir.  Sərbəst güləş üzrə seçməmizin üzvləri martın 18-dən Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadırlar. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında  komandanın 25 üzvü Kislovodskda hazırlıq keçir.  Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Ardınca güləşçilərimiz Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.