Serbiyalı futbolçu uğrunda "Çelsi" - "Mançester Yunayted" mübarizəsi

İngiltərənin iki nəhəng klubu - "Çelsi" və "Mançester Yunayted" Sergey Milinkoviç-Saviçin xidmətində maraqlıdır. SportLine.az xəbər verir ki, hazırda "Latsio"nun şərəfini qoruyan serbiyalı futbolçu da Premyer Liqaya yollanmaq niyyətindədir.

"Corriere dello Sport"un məlumatına görə, artıq "Çelsi" 23 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. "Zadəganlar"ın yaxın günlərdə Roma təmsilçisinə rəsmi təklif ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, Milinkoviç-Saviç 2015-ci ildən "Latsio"nun şərəfini qoruyur.