Güləşçimiz "qızıl"ın bir addımlığında büdrədi

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığmamız 3 çəkidə idmançı ilə təmsil olunub. 

43 kq çəkidə mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya və Fransadan olan rəqiblərini məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna idmançısına da tam üstünlüklə qalib gələn Şahanə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı olub. Görüşü 4:14 hesablı məğlubiyyətlə başa vuran güləşçimiz gümüş medalla kifayətlənib.

Final görüşləri bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

43 kq 
FİNAL - Emily Şilson (USA) - Şahanə Nəzərova - 14:4
1/2 final - Amina Ponomarova (UKR) - Şahanə Nəzərova 0:10
1/4 final - Şahanə Nəzərova - Justine Vigouroux (FRA) 6:0
1/8 final - Anna Ueno (JPN) - Şahanə Nəzərova 2:9

57 kq 

1/16 final - Nova Bergman (SWE) - Birgül Soltanova 10:6

65 kq 
1/8 final - Kiana Pugh (USA) - Nigar Mirzəzadə 6:0

Azərbaycan Güləş Federasiyasının məlumatı