"ShamkirChess 2018" superturniri canlı yayımlanacaq

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində bütün partiyalar canlı yayımlanacaq. SportLine.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın rəsmi saytı - www.shamkirchess.com vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.

Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq, əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev, eləcə də, qrossmeysterlər Lyubomir Lyuboyeviçlə (Serbiya) İqor Henkin (Almaniya) şərh edəcək. 

Onlayn rejimdə partiyalarla yanaşı şahmatçıların mətbuat konfransları da göstəriləcək.