Şehiç Çempionlar Liqasında ən çox "seyv" edən qapıçıdır

UEFA Çempionlar Liqasının qrup mərhələsində ən çox "seyv"lə yadda qalan qapıçıların siyahısı açıqlanıb. SportLine.az xəbər verir ki, "Qarabağ"ın üzvü İbrahim Şehiç zirvədə qərarlaşıb. 

35 dəfə komandasını qoldan xilas edən bosniya və herseqovinalı futbolçunu Yasmin Handanoviç ("Maribor, 32 "seyv") izləyir. İqor Akinfeyev (MOİK Moskva, 29), Andrey Pyatov ("Şaxtyor", 25) və Silvio Proto ("Olimpiakos", 24) isə növbəti yerlərdə qərarlaşıb.

Qeyd edək ki, İ.Şehiç qrup mərhələsi çərçivəsində keçirilən 6 oyunda qapısından 14 top buraxıb.