Şehiç "Qalatasaray"a keçir?

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını "Qalatasaray"da davam etdirə bilər. SportLine.az xəbər verir ki, bu barədə sporx.com saytı məlumat yayıb.

Məlumata görə, Bosniya və Herseqovina millisinin üzvü hazırda şərəfini qoruduğu "Ərzurumspor"la problemlər yaşayır. Maaşını ala bilməyən futbolçu qış transfer pəncərəsində komandanı tərk etmək niyyətindədir. Onunla "Qalatasaray" maraqlandığı deyilir. "Cim-bom" İ.Şehiçi ikinci qapıçıs kimi heyətinə qata bilər.

Qeyd edək ki, İ.Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan ayrılıb. O, azad agent kimi "Ərzurumspor"a keçib.