Şehiç Türkiyə Super Liqasında

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni mövsümdən hansı klubda çıxış edəcəyi müəyyənləşib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü karyerasını "Erzurumspor”da davam etdirəcək. 

Futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, "Erzurumspor" növbəti mövsümdən Super Liqada çıxış edəcək.