"Şehiç komandanın ən vacib oyunçularındandır" - "Ərzurumspor"un baş məşqçisi

"Şehiç bu mövsüm çox yaxşı oyun sərgiləyir. Yayılan xəbərlər onun fikrini dağıda bilər. Hazırda məqsədimiz qış fasiləsinə qədər mümkün qədər çox xal toplamaqdır".

SportLine.az xəbər verir ki, bu sözləri "Ərzurumspor"un baş məşqçisi Məhmət Özdilək İbrahim Şehiçin "Qalatasaray"a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Mütəxəssis diqqətlərini növbəti oyunlara yönəltdiklərini və məqsədlərinin mümkün qədər yaxşı nəticə göstərmək olduğunu söyləyib: "Futbolçunun beyninin belə məsələlərlə məşğul edilməsinin tərəfdarı deyiləm. Çempionatda bacardığımız qədər irəli getməyi düşünürük. Bunun üçün, gərək, "atan"ın və "tutan"ın yaxşı olsun. Bizim də "tutan"ımız yaxşıdır. Ona görə, Şehiçi asanlıqla əldən vermək barədə düşünmürük".

Qeyd edək ki, yayılan xəbərlərdə Bosniya və Herseqovina millisinin üzvünün yanvarda "Qalatasaray"a keçəcəyi bildirilir.