Şəhriyar Məmmədyarov 2-ci oldu

Moskvada keçirilən sürətli şahmat üzrə Mixail Talın xatirə turnirinə yekun vurulub.

SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov daha üç oyun keçirib. Qrossmeysterimiz israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub. 

Bununla da, xal ehtiyatını 5-ə çatdıran Ş.Məmmədyarov Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə 2-4-cü yerləri bölüşüb. 6 xala sahib Vişvanatan Anand (Hindistan) isə turnirin qalibi olub.

Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə qatılacaq.