Şəhriyar Məmmədyarov 3-cü oldu

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Masters" turniri yekunlaşıb. SportLine.az xəbər verir ki, son turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anandla üz-üzə gəlib. Qrossmeysterimiz görüşü 0,5 xalla bitirib.

Hesabındakı xalların sayını 8,5-ə çatdıran Ş.Məmmədyarov yarışı 3-cü pillədə yekunlaşdırıb. 9 xala sahib Maqnus Karlsen və Aniş Giri isə qalibi müəyyənləşdirmək üçün əlavə görüş keçirəcək.