Şəhriyar Məmmədyarov dünya reytinqində 2-ci pilləyə yüksəldi

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Masters" turniri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçün uğurlu alınıb. SportLine.az xəbər verir ki, yarışı 3-cü pillədə bitirən qrossmeysterimiz 10 reytinq xalı qazanıb. Bu, Ş.Məmmədyarovun dünya reytinqində 2-ci pilləyə yüksəlməsinə kifayət edib. 

Qeyd edək ki, zirvədə yenə Norveç təmsilçisi Maqnus Karlsendir.