Şəhriyar Məmmədyarovdan 4-cü heç-heçə

Almaniyanın paytaxtı Berlində şahmatçıların İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 5-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çinli Liren Dinqlə qarşılaşacaq. 4 turdan sonra aktivində 2,5 xal olan qrossmeysterimiz qələbə qazanacağı təqdirdə zirvəyə yüksələ bilər. Çinli şahmatçı isə qələbə ilə şahmatçımızı arxada qoyacaq. 

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq:

15 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
5-ci tur

Levon Aronyan (Ermənistan) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Uesli So (ABŞ) - Vladimir Kramnik (Rusiya) - 0,5:0,5
Liren Dinq (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Turnir cədvəli:

1. F.Karuana - 3,5
2-3. Ş.Məmmədyarov - 3
2-3. V.Kramnik - 3
4-6. L.Dinq - 2,5
4-6. A.Qrişuk - 2,5
4-6. L.Aronyan - 2,5
7-8. U.So - 1,5
7-8. S.Karyakin - 1,5