Şəhriyar Məmmədyarov tarix yazdı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini təqdim edib. SportLine.az xəbər verir ki, bu dəfəki siyahı Azərbaycan şahmat tarixi üçün əlamətdar olub. Ötən ayla müqayisədə bir pillə irəliləyən Şəhriyar Məmmədyarov ilk "3-lük"də qərarlaşıb. Bu, müstəqil Azərbaycanın ən yaxşı göstəricisidir. 

Zirvədə Norveç qrossmeysteri Maqnus Karlsendir. Levon Aronyan ikincidir.

Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb.  

Qadınların cədvəlində isə iki şahmatçımız ilk "100-lük"də özünə yer tapıb:

77. Ülviyyə Fətəliyeva (2381) 
96. Zeynəb Məmmədyarova (2363)

Qeyd edək ki, qadınların dünya reytinqində Hou Yifan (Çin) liderliyi qoruyur.