Şenol Günəşdən Qurban Qurbanova hədiyyə

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” oyununu izləmək üçün Bakıya gələn Şenol Günəş görüşdən avvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb.

SportLine.az-ın klubun rəsmi “İnstaqram” səhifəsinə istinadən yaydığı xəbərə görə,  türkiyəli mütəxəssis Qurbanova futbolçularının imzası olan “Beşiktaş” formasını hədiyyə edib.

Qurbanov isə türkiyəli çalışdırıcıya üzərində Ş.Günəş yazılan 1 nömrəli forma bağışlayıb.

Görüşdə “Qarabağ”ın direktoru Əmrah Çəlikəl baş menecer Asif Əsəgərov və digər klub nümayəndələri də iştirak edib.