Şərq Konfransında növbəti finalçı müəyyənləşdi

Amerika Milli Basketbol Assosiasiyasının Şərq konfransında ikinci finalçının adı məlum olub. 

SportLine.az xəbər verir ki, "Filadelfiya Sevinti-sikserslə" qarşılaşan "Boston Seltiks" adını finala yazdırıb. 114:112 hesablı qələbəyə sevinən Boston basketbolçuları seriyada 4:1 hesablı qələbəni təmin ediblər.

Qeyd edək ki, "Boston Seltiks"in rəqibi "Klivlend Kavalyers" olacaq.

Qərb konfransının finalında isə "Qolden Steyt Uarriors" və "Hyuston Rokets" münasibətləri aydınlaşdıracaq.