Şeydayev debüt etdi, "Jilina" darmadağına sevindi

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Jilina"da debütünü gerçəkləşdirib. SportLine.az xəbər verir ki, futbolçu “Zlate Moravçe” ilə görüşdə meydana çıxıb.

76-cı dəqiqədə Samuel Mrazı əvəzləyən hücumçunun oyuna qoşulmasından sonra komandası daha iki dəfə rəqibi mərkəzə dəvət edib.

Matç "Jilina"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, 19 turdan sonra "Jilina" 47 xalla zirvədə qərarlaşıb.