Şeydayev oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya Fortuna Liqasında yeni mövsümdə ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Nitra" kollektivi olub. 

Qarşılaşmanın taleyini bir qol həll edib. Balajın 15-ci dəqiqədə vurduğu qol "Nitra"nın qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, R.Şeydayev matça ehtiyat oyunçular skamyasında başlasa da, ikinci hissədə meydana çıxıb.