Şeydayev qol vurdu, "Trabzonspor" qələbə qazandı

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Xorvatiyanın "Lokomotiv" kollektivi olub.

Qarşılaşma Qara dəniz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

R.Şeydayev 67-ci dəqiqədə meydana daxil olub və 5 dəqiqə sonra oyunda qələbə qolunu vurub.