Şeydayev yenə oynamadı, komandası "Qalatasaray"ı məğlub etdi

Türkiyə Super Liqasında 8-ci turun növbəti görüşləri keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" "Qalatasaray"ın qonağı olub. Matç Qara dəniz təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Ramil Şeydayev qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, 8 turdan sonra "Trabzonspor" 10 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.