Son gündə medalsız qaldıq

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.

SportLine.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yunan-Roma güləşçilərinin ilk yarış günündə idmançımız Zülfüqar Əliyev (50 kq) gümüş medal qazanıb. 

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə aparıb. 

84 kq çəkidə yarışan Tuncay Vəzirzadə Fransa və İsveçdən olan rəqiblərinə qalib gəlsə də yarıminalda Belarus idmançısına uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və Tuncay çempionatı 5-ci sırada başa vurub. 

55 kq 
1/8 final - Elşad Məmmədov - Dejan Petrovic (SRB) 4:7

66 kq 
1/8 final - Sergei Stepanov (RUS) - Kənan Cəfərov 8:0

84 kq 
1/8 final - Tuncay Vəzirzadə - Valid Desçiyev (FRA) 8:0
1/4 final - Tuncay Vəzirzadə - Aleksandar Stjepanetic (SWE) 3:2
1/2 final - Mikita Klimoviç (BLR) -  Tuncay Vəzirzadə 10:2
Bürünc medal görüşü - Temuri Tçkuaselidze (GEO) - Tuncay Vəzirzadə 15:8

120 kq
1/8 final - Marton Szabados (HUN) - Tehran Əminzadə 2:5
1/4 final - Tehran Əminzadə - Zviadi Pataridze (GEO) 0:8
Təsəlliverici görüş - Yakup Yerlikaya (TUR) - Tehran Əminzadə 5:2