Soni Mustivar: "Bir xal qazanmadıq, ikisini itirdik"

"Sumqayıt”a qarşı oynamaq asan deyildi". 

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Soni Mustivar evdə qolsuz heç-heçə etdikləri Topaz Premyer Liqasının XIV tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. 

Nəticədən təəssüflənən haitili yarımmüdafiəçi gələn il itirilmiş xalları sığortalamağa çalışacaqlarını bildirib: "İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Fasilədən sonra isə biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz ki, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq”.

Qeyd edək ki, Soni Mustivar "Sumqayıt"la görüşdə 72-ci dəqiqəyədək meydanda olub.