"Spartak" azərbaycanlı futbolçu üçün 1 milyon avro təklif edir

Moskva "Spartak"ı azərbaycanlı futbolçu Ayaz Quliyevə elçi düşüb. SportLine.az xəbər verir ki, bu barədə don24.ru saytı məlumat yayıb.

Xəbərə görə, "qırmızı-ağlar" hazırda "Rostov"un şərəfini qoruyan futbolçunu transfer etmək niyyətindədir. Moskva klubu A.Quliyevin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib.