Stiven Cerrard "Liverpul"un futbolçusunu istəyir

"Reyncers" klubunun yeni baş məşqçisi Stiven Cerrard komandanı gücləndirmək niyyətindədir. 

SportLine.az xəbər verir ki, ingilis mütəxəssis "Liverpul"un futbolçusu Ben Vudbörnü komandasında görmək istəyir. Şotlandiya klubunun 18 yaşlı hücumçunun keçidi üçün "mersisaydlılar"la danışığa başladığı bildirilir.

"Daily Express"in məlumatına görə, razılıq əldə olunsa, B.Vudbörn icarə əsasında "Reyncers"in şərəfini qoruyacaq.