"Sumqayıt" ciddi itki ilə üzləşdi

AFFA İntizam Komitəsi "Sumqayıt”ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis "Keşlə” ilə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk matçının 80-ci dəqiqəsində texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXIII turunun  "Sumqayıt” – "Keşlə” matçının 81-ci dəqiqəsində qonaqların futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Kluba 200 manat cərimə kəsilib.

Qeyd edək ki, "Sumqayıt” kubokun ilk oyununda səfərdə 0:1 hesabı ilə uduzub. Cavab görüşü aprelin 18-də keçiriləcək.