"Sumqayıt" - "Keşlə" oyunu FİFA referisinə həvalə olundu

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

SportLine.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" - "Keşlə" matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb. "Neftçi" - "Qəbələ" görüşünü isə Rauf Cabbarov idarə edəcək.

18 aprel (çərşənbə)

17:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov 
“Kapital Bank Arena”

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 
"Bakcell Arena"

Qeyd edək ki, ilk görüşdə "Neftçi" "Qəbələ"yə 2:1, "Keşlə" isə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Həlledici oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.