"Sumqayıt" məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, "kimyaçılar"ın rəqibi Qazaxıstanın "Atırau" klubu olub. Qarşılaşma "Sumqayıt"ın məğlubiyyəti ilə nəticələnib - 1:2.

"Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın "Skenderbeu" klubuna 1:3 hesabı ilə uduzub. Ardınca Özbəkistan "Nasaf"ı ilə qüvvəsini sınayan  komanda  0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Sumqayıt"ın Türkiyə toplanışı sabah başa çatacaq.